Azərbaycan əsilli futbolçu Ayaz Quliyev karyerasını Rusiya Premyer Liqa təmsilçisi “Rostov”da davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Sport-Ekspress” yayıb. Xəbərdə “Rostov”un müqavilə ilə “Spartak”a məxsus olan futbolçunu mövsümün sonuna kimi icarəyə götürdüyü qeyd edilib.
Quliyev mövsümün ilk yarısını “Anji”də keçirib. O, ilk dövrədə keçirdiyi 11 oyunda 1 qol vurub.