2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar feyr-pley qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.
Sportarena.az xəbər verir ki, cərimələrdən toplanmış vəsait Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb. Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80 faiz, təsnifat mərhələsində çıxış edən klublar üçün 20 faiz nəzərdə tutulub.
UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb:
Qarabağ - 78300.00 avro
Qəbələ - 78300.00 avro
Neftçi - 8540.00 avro
Kəpəz - 8540.00 avro