Millimizin üzvü klubundan ayrılır - Prezidentdən açıqlama

11:15 9 Yanvar 2018

Millimizin futbolçusu Dəniz Yılmazın "Bursaspor"dan ayrılacağı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun prezidenti Ali Ay Türkiyə mətbuatına məlumat verib:

 

“Futbolçularla yaxşı formada ayrılmaq istəyirik. Bunun üçün çalışırıq. Dəniz Yılmaz, Bilal Kısa, Merter Yüce və İsmail Konuk yüz faiz komandadan gedəcəklər. Deyəsən, özlərinə yeni komanda da tapıblar. Yaxın 1-2 həftə ərzində qarşılıqlı razılıqla müqavilələrə xitam verəcəyik”.


Digər xəbərlər

Xəbər xətti