“Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Dedanın adı ölkəsində ən istedadlı gənc futbolçuya verilən “qızıl istedad” mükafatına namizədlər sırasında yer alıb.
Sportarena.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, mükafata 13 namizəd var. Mükafatın sahibi azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində bəlli olacaq.
Deda “Qarabağ”ın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında 3 qola imza atıb.