"Xəzər" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, klub mövsümün ilk yarısını "Şüvəlan"da keçirmiş Vadim Abdullayevlə anlaşıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Abdullayevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Bakı" futbol klubunun yetirməsi olan 23 yaşlı yarımmüdafiəçi "Simurq" və "Qəbələ" klublarında da oynayıb.