“Qarabağ” Türkiyəyə getdi - FOTO

14:36 9 Yanvar 2018

Azərbaycan çempionu “Qarabağ” bu gün ölkəni tərk edib.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” qış təlim-məşq toplanışı çərşivəsində Türkiyənin Antalya şəhərinə yola düşüb.

 

“Qarabağ”ın Antalyada baş tutacaq təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Ağdam komandasının "Kuban" (Rusiya), "Lexiya" (Polşa), "Şkupi" (Makedoniya), "Mariupol" (Ukrayna), "Sarayevo" (Bosniya və Hersoqovina) və “Mladost”la (Çernoqoriya) qarşılaşacağı planlaşdırılıb.


Digər xəbərlər

Xəbər xətti