"Kəpəz"in futbolçusu: "Oynamaq üçün uyğun yaşdayam"

14:52 9 Yanvar 2018

“Yığmaya çağırılmağımın yeni il hədiyyəsi olduğunu deyə bilmərəm. Çünki dəvəti gözləyirdim. Bunu sevinclə qarşıladım”.

 

Sportarena.az xəbər verir ki, bu sözlər “Kəpəz”in əsas komandasının oyunçusu Yusif Cəfərova məxsusdu. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət alan gənc müdafiəçi bununla bağlı klubun saytına açıqlama verib. O, etimadı doğrultmağa çalışacağını deyib:

 

“Milliyə çağırılmaq hər bir futbolçu üçün şərəfdi. Mənim üçün bu komandanın bir hissəsi olmaq qürurvericidi. Ona görə də, dəvətə görə məşqçilərə təşəkkür edirəm. Bundan sonra üzərimə düşən iş ümidləri boşa verməmək, yaradılan şansdan lazımınca istifadə etməkdi. Məşq proseslərində əlimdən gələni edəcəm”.

 

Əvvəllər daha aşağı yaş qruplarından ibarət millilərə dəvət alan Yusif, ilk dəfə U-21-ə çağırılıb:

 

“Bundan öncə aşağı yaş qrupları üzrə milli komandaların da şərəfini qorumuşam. Pillə-pillə irəliləyib, indi də 21 yaşlılardan ibarət komandaya yüksəlmişəm. Daim dəvət almaq üçün klubumda da müntəzəm çıxış etməliyəm. Oynamaq üçün uyğun yaşdayam. “Kəpəz”in əsas heyətində möhkəmlənmək istəyirəm. Əsas odu ki, mənə güvənirlər və mən də özümü sübut etmək niyyətilə məşqlərdə səylə hazırlaşacam”. 

 

Yusif Cəfərovla yanaşı, 21 yaşlıların yığmasına “Kəpəz”in daha bir futbolçusu - İlyas Səfərzadə də dəvət olunub.

 

Azərbaycan yığması yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti