“İnter”in hücumçusu Qabriel Barbosa İtaliyada ötən ilin ən pis futbolçusu seçilib.
Sportarena.az xəbər verir ki, Qabiqol yerli mətbuatın rəyinə əsasən, İtaliyada keçən ilin ən pis futbolçusu hesab edilib. 21 yaşlı futbolçu “qızıl zibil qutusu” mükafatına layiq görülüb.
Xatırladaq ki, braziliyalı futbolçu “İnter”ə 2016-cı ildə, “Santos”dan 33,5 milyon avro qarşılığında transfer edilib. Milan təmsilçisinin onun üçün ödədiyi yüksək məbləğə rəğmən, Qabiqol bu komandada özünü sübut edə bilməyib. O, “İnter”də heç bir oyunda əsas heyətdə şans qazanmayıb.
Futbolçu hazırda icarə əsasında "Benfika"da top qovur.