İtaliya A seriyasının ən güclülərindən olan “Milan” “Beşiktaş”ın kapitanı Oğuzhan Özyakupu transfer etmək niyyətindədir.
Sportarena.az xəbər verir ki, bu barədə “NTV Spor” nəşri məlumat yayıb. Məlumata görə, İtaliya klubu mövsümün sonunda müqavilə müddəti bitən kapitan üçün “Beşiktaş”a müraciət yollayıb.
“Milan” 25 yaşlı futbolçunu ödənişsiz formada heyətinə qatmağı düşünür. Lakin “Beşiktaş” Oğuzhan üçün 10 milyon avro tələb edir.
Bu mövsüm ağ-qara forma ilə 13 matça çıxan Oğuzhan Özyakup 86% dəqiq pas ötürməsi və 2 məhsuldar ötürmə edib. Onun "Beşiktaş" ilə müqaviləsi bu ilin may ayında başa çatacaq.