Gürcüstanın “Samtredia” klubunun müdafiəçisi Giuli Mancqaladze “Kəpəz”lə anlaşıb.
Sportarena.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Onunla mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacağı gözlənilir. Mancqaladzenin hazırda Bakıda olduğu və onun sabah tibbi müayinədən keçəcəyi deyilir.
Mancqaladze bu mövsüm Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Samtredia”nın heyətində “Qarabağ”a qarşı çıxış edib. Təmsilçimiz hər iki görüşdə qalib gəlib (5:0, 1:0).