"Kəpəz" iki yoxlama oyunu keçirəcək

10:51 10 Yanvar 2018

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində iki yoxlama oyunu keçirəcək. 

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər” yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi “Sabah” ilə qarşılaşacaq.

 

Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti