Rəşad Sadıqovun debüt oyunun vaxtı məlum oldu

11:14 10 Yanvar 2018

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

 

Sportareba.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq. 

 

Xatırladaq ki, Albaniya ilə ilk oyun keçən ilin dekabrında U-21 millimizə baş məşqçi təyin edilmiş Rəşad Sadıqovun yığmanın "sükanı arxasında" ilk sınağı olacaq.

 

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.


Digər xəbərlər

Xəbər xətti