“Qarabağ”ın hücumçusu Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” komandasına transfer edilməsi barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, cənubi afrikalı futbolçu sosial şəbəkədəki hesabında Ağdam təmsilçisi ilə vidalaşıb. O, bu klubun azarkeşlərinə və üzvlərinə ünvanlanmış təşəkkür statusu yazıb:
"Qarabağ”, həmişə qəlbimdə olacaqsan. Bu komanda, Azərbaycan xalqı ilə bir çox xüsusi anlar yaşadım. Ancaq indi getmək vaxtıdı. Bu, oyunun bir parçasıdı. Oyunçular gəlir və gedir. Əvvəllər də belə olub, bundan sonra da belə olacaq. Sizi sevirəm, uşaqlar".
Xatırladaq ki, Ndlovu 2016-cı ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu.