AFFA-dan hakimi vuran futbolçuya 2 illik cəza

14:23 10 Yanvar 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra müxtəlif çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

Qızlar arasında Yüksək Liqanın "Fidan" – "Gənclik" matçında hər iki komanda yaş limitini pozduğuna görə, hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

U-13 Qızlar Liqasının "Gömrükçü" FK – "Sumqayıt" FK matçında "Sumqayıt" komandası yaş limitini pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 

“Baku Fans” klubunun futbolçusu Aqşin Ömərov oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılır. Oyun sonadək oynanılmadığına görə “Baku Fans” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilir.


Digər xəbərlər

Xəbər xətti