Rəşad Sadıqov daha bir futbolçunu milliyə çağırdı

14:58 10 Yanvar 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcəyini xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Nicat Süleymanov da Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən U-21-in heyətinə dəvət edilib.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti