Yanvarın 21-də Türkiyəyə yollanacaq "Sumqayıt”ın qardaş ölkədə yoxlama oyunu keçirəcəyi daha bir rəqibin adı bəlli olub.
Sportarena.az xəbər verir ki, təmsilçimizin rəqibləri sırasında Polşa klubu “Poqon” da yer alacaq. Fevralın 4-dək Antalyada təlim-məşq toplanışı keçəcək “Sumqayıt” bu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Samir Abasovun yetirmələrinin yanvarın 28-də “Akademiya Pandev”, 31-də “Anji”, fevralın 3-də isə “Mladost”la qarşılaşacağı bəlli idi. “Sumqayıt”ın açıqlanmayan bir rəqibi qalmışdı ki, onun da məhz “Poqon” olacağı dəqiqləşib.