"Keşlə" növbəti dövrənin oyunlarının hazırlıqlarına Bakıda davam etdirir.
Sportarena.az xəbər verir ki, Yuri Maksimovun yetirmələri sabah ilk yoxlama matçına çıxacaq.
"Keşlə" yanvarın 11-də İsmət Qayıbov adına stadionda birinci divizionun lideri "Qaradağ Lökbatan"la qarşılaşacaq. Oyun 13.30-da start götürəcək.