Təmkin Xəlilzadə “Qəbələ”də ilk seçimini etdi - FOTO

16:30 10 Yanvar 2018

“Qəbələ”nin qış fasiləsində “Zirə”dən heyətinə cəlb etdiyi Təmkin Xəlilzadənin yeni klubunda forma nömrəsi məlum olub.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu “qırmızı-qaralar”da 33 nömrəli futbolkada çıxış edəcək. Təmkin formasının şəklini “instaqram”dakı şəxsi hesabında paylaşıb.

 

Xatırladaq ki, Xəlilzadə bu gün “Qəbələ”də debüt edə bilər. Belə ki, Antalyada təlim-məşq toplanışında olan Roman Qriqorçukun yetirmələri bu gün Türkiyənin “Akhisar” klubuyla qarşılaşacaq.

 


Digər xəbərlər

Xəbər xətti