“Qarabağ”ın norveçli yarımmüdafiəçisi Tarık Elyunussinin İsveçin AİK klubunun diqqət mərkəzində olması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsinin mətbuatına müsahibə verib. Elyunussi onunla bir neçə klubun maraqlandığını deyib:
“Mənim xidmətimdə maraqlı olan bir neçə klub var, ancaq “Qarabağ”da çıxış etməkdən məmnunam. Düzdü, Çempionlar Liqasında və ölkə kubokunda mübarizəni dayandırmışıq, lakin çempionatda ən yaxın izləyicimizi 6 xal qabaqlayırıq. Aradakı səviyyə fərqi də böyük deyil. Gələcəkdə nə olacağını görəcəyik”.
Tarık AİK-lə bağlı fikirlərini də bildirib:
“AİK böyük azarkeş ordusu olan klubdu. Stokholm da gözəl şəhərdi”.
Elyunussi daha sonra jurnalistin “deməli, AİK-ə keçidini istisna etmirsən” sualına “yox” cavabını verib.
Xatırladaq ki, Elyunussi “Qarabağ”da icarə əsasında çıxış edir. Onun Ağdam təmsilçisi ilə müqavilə müddəti mövsümün sonunda bitəcək. 29 yaşlı futbolçu müqaviləylə “Olimpiakos”a məxsusdu.