“Qarabağ” testdən keçdi

18:16 10 Yanvar 2018

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, komanda hazırlığın ikinci günündə yerli vaxtla saat 11:00-da səhər məşqinə çıxıb. Futbolçular səhər məşqində laktat testindən keçib. Bu testin əsas mahiyyəti oyunçuların fiziki durumunu yoxlamaqdan ibarətdi. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub.

 

Qeyd edək ki, “Qarabağ” yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti