Azərbaycanlı futbolçu rəsmən “Rostov”da

21:32 10 Yanvar 2018

Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin “Rostov”a keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb. Müqavilə ilə Moskva “Spartak”ına məxsus olan 21 yaşlı yarımmüdafiəçi “Rostov”da icarə əsasında çıxış edəcək. O, mövsümün sonuna kimi bu klubun formasını geyinəcək.

 

Quliyev mövsümün ilk yarısını icarə əsasında “Anji”də keçirib.

 

Rusiyanın aşağı yaş qruplarından ibarət millilərində oynamış Ayaz Quliyevin Azərbaycan millisində çıxış etməsi gündəmdədi.


Digər xəbərlər

Xəbər xətti