Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" düşərgəsinə yeni futbolçu dəvət edib.
Sportarena.az xəbər verir ki, söhbət braziliyalı Kayke Vercilio da Silvadan gedir. Əyalət klubu onu baxışa çağırıb. Futbolçu təlim-məşq toplanışında və sınaq matçlarında özünü yaxşı tərəfdən göstərə bilsə, klubla müqavilə imzalayacaq.
21 yaşlı braziliyalı hücumçu son olaraq Braziliyanın “Santos” klubunun formasını geyinib. “Korintians”ın yetirməsi daha öncə “Tespakusatsu Qunma” klubunda da çıxış edib.