Hazırda “Paxtakor”un baş məşqçisi olan Şota Arveladze bir müddət əvvəl “Neftçi”dən təklif aldığını təsdiqləyib.
Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis azerisport.com-a müsahibəsində hətta “ağ-qaralar”la anlaşmaq üçün Bakıya gəldiyini də bildirib:
“Bəli, “Neftçi”dən təklif almışdım. Klub rəhbərliyinin təklifi ilə Azərbaycana da gəldim. Onlardan cavab gözləsəm də, sonra planlar dəyişdi. Bu, klubun 80 illik yubileyi ərəfəsində idi. Mən “Neftçi”ni çalışdırmağa hazır idim. Azərbaycanda işləmək istəyirdim”.