“Səbail” Divizion klubu ilə bacarmadı

20:04 11 Yanvar 2018

Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Səbail” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı “Bayıl Arena”da Birinci Divizionda mübarizə aparan “Sabah”la qarşılaşıb. Tərəflərin cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

 

Xatırladaq ki, "Səbail" Antalyaya yollanana qədər daha iki matç keçirəcək. Yanvarın 15-də "Bayıl Arena"da digər Birinci Divizion təmsilçisi "Xəzər"lə qarşılaşacaq Samir Əliyevin komandası bundan 3 gün sonra Sumqayıtda bu şəhərin eyniadlı komandası ilə üzləşəcək.

 

Yoxlama oyunu
11 yanvar

Səbail – Sabah 0:0
Bakı. “Bayıl Arena”.


Digər xəbərlər

Xəbər xətti