“Borussiya”nın doqquz futbolçusu kababdan zəhərləndi

12:53 12 Yanvar 2018

Almaniyanın “Borussiya” klubunun (Dortmund) doqquz futbolçusu İspaniyada təlim-məşq toplanışı zamanı bağırsaq qripinə yoluxub.

 

Sportarena.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Roman Bürki, Roman Vaydenfeller, Mark Bartra, Andre Şürrle, Kristian Pulişiç, Ömər Toprak, Yakob Bruun Larsen, Nuri Şahin və Dominik Rayman bununla bağlı xəstəxanaya müraciət edib. Kütləvi zəhərlənməyə toyuq kababı səbəb olub.

 

Futbolçuların Bundesliqanın 18-ci turunda “Volfsburq”la oyuna qədər bərpa olunacaqları bildirilir. Matç yanvarın 14-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti