İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola yenə bütün həmkarlarını qabaqlayıb. Ardıcıl 4-cü dəfə ayın ən yaxşısı adına layiq görülən ispaniyalı mütəxəssis bu göstərici ilə Premyer Liqanın tarixinə düşüb. Bu vaxta heç bir çalışdırıcı bu uğur imza ata bilməyib.
Qeyd edək ki, Qvardiolanın komandası Premyer Liqada 22 turdan sonra 62 xalla turnir cədvəlinin şəriksiz lideridir.