Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək milli komandamızın hazırlıq proqramında dəyişiklik olub.
Sportarena.az xəbər verir ki, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.
AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Qeyd edək ki, millimizin yanvarın 30-da Moldova ilə yoxlama oyunu nəzərdə tutulub.