MY hərəkətə keçdi - De Xeanı komandada saxlamaq üçün

11:23 13 Yanvar 2018

“Mançester Yunayted” qapıçısı David de Xeanı heyətdə saxlamaq istəyir.

 

Sportarena.az xəbər verir ki, MY rəhbərliyi bunun üçün onun məvacibini artırmaq niyyətindədi. İspaniyalı qapıçının qüvvədə olan müqaviləsi 2019-cu ilin yayına qədər nəzərdə tutulub. 27 yaşlı qapıçı hazırda həftədə 210 min funt məvacib alır.

 

MY rəhbərliyi yeni müqavilədə bu rəqəmi 300 minə qaldırmağı planlaşdırır. Belə olacağı təqdirdə, qapıçı, Pol Poqbadan sonra “Mançester Yunayted”in ən ödənişli futbolçusu olacaq.

 

Qeyd edək ki, De Xeanı Madrid “Real”ı transfer etmək istəyir.


Digər xəbərlər

Xəbər xətti