"Fənərbaxça"nın hollandiyalı futbolçusu Robin van Persi ölkəsinə dönməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, 34 yaşlı hücumçu keçmiş komandası olan "Feyenoord"a dönəcək. Bu barədə məlumatı komandanın baş məşqçisi Covanni van Bronkxorst verib. 42 yaşlı mütəxəssis bildirib ki, van Persinin transferi "Feyenoord" üçün faydalı olacaq.
Qeyd edək ki, Hollandiya millisinin üzvü "Feyenoord"un yetirməsidir və 2004-cü ildən "Arsenal"a 2,75 milyon funt-sterlinq qarşılığında transfer edilib.