Mussa Sou yenidən Türkiyədə

16:14 13 Yanvar 2018

“Fənərbaxça”nın sabiq futbolçusu Mussa Sou yenidən Türkiyədə çıxış edəcək.

Sportarena.az xəbər verir ki, seneqallı hücumçu “Bursaspor”la anlaşıb. Bu barədə klubun saytı xəbər yayıb. 

Qeyd edək ki, son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandası olan hücumçu  2012-2015 və 2016-2017-ci illərdə “Fənərbaxça”da oynayıb. 31 yaşlı forvard Fransanın “Renn”, “Sedan” və “Lill” klublarında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti