Runi dələduzu belə ifşa etdi - FOTO

17:56 14 Yanvar 2018

“Everton”un futbolçusu Ueyn Runi dələduzun ifşa olunmasına yardım edib.

 

Sportarena.az xəbər verir ki, Devid Renn adlı dələduz dünya futbolunun ulduzlarının imzalarını saxtalaşdıraraq, onların formalarının üzərinə çəkir və satırmış.

 

O, indiyə qədər Lionell Messinin 200, Ronaldonun 272, Stiven Cerrardın 335, Ueyn Runinin 220 belə formasını satıb. 46 yaşlı dələduz 9 il ərzində 4500 insanı aldadıb.

 

O, saxta imzalı formaların satışından 1 milyon funt qazanıb. Bu məbləğdən isə vergi ödəməyib. Artıq Devid məhkəmə qarşısına çıxarılıb. Ueyn Runi isə istintaq zamanı ekspertiza əməkdaşlarına yardım edib və Devidin onun imzasını həqiqətən də saxtalaşdırdığını sübuta yetirib.

 

Məsələ ilə bağlı məhkəmə hökmü fevral ayında çıxarılacaq.

 


Digər xəbərlər

Xəbər xətti