Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? - RƏSMİ AÇIQLAMA

20:33 14 Yanvar 2018

"Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".

Sportarena.az xəbər verir ki, bu sözləri Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Qurumun rəsmi saytına danışan mütəxəssis yığmamızla oyundan imtina etmələrinin səbəbini açıqlayıb:

"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdir. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək".
 

Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi.


Digər xəbərlər

Xəbər xətti