"Neftçi" "Keşlə"yə uduzdu

11:16 15 Yanvar 2018

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, komanda İsmət Qayıbov adına təlim-məşq bazasında "Keşlə” ilə qarşılaşıb. 38-ci dəqiqədə Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasovun baş zərbəsi ilə hesab açılsa da, "Keşlə" ikinci hissədə əzmkar oyun nümayiş etdirib. Belə ki, fasilədən sonra "Neftçi"dən ayrılaraq "Keşlə"yə keçmiş cinah müdafiəçisi Məqsəd İsayev matçın 75-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib. 2 dəqiqə sonra M.İsayev məhsuldar ötürmə ilə fərqlənib və Pərdis Fərcad-Azad “Keşlə”nin qələbə qolunu vurub.

 

"Neftçi”nin start heyəti belə olub: Rəşad Əzizli (Aqil Məmmədov, 46), Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Kiril Petrov (Fərid Abbaslı, 88), İlkin Qırtımov, Derlis Mesa Kolyi (Elçin Əsədov, 88), Emin Mahmudov, İqnasio Erera (Namiq Ələsgərov, 64), Rəhman Hacıyev, Elnur Süleymanov (Orxan Fərəcli, 89), Mirabdulla Abbasov.

 

Beləliklə, "Neftçi" 2018-ci ildə keçirdiyi ilk oyununda uduzub. "Keşlə" isə "Qaradağ Lökbatan" üzərindəki qələbədən (3:1) sonra bu il ardıcıl ikinci qalibiyyətinə sevinib.


Digər xəbərlər

Xəbər xətti