"Qəbələ" Antalyadakı 10-cu günü

11:28 15 Yanvar 2018

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Antalyada keçirilən təlim-məşq toplanışının 10-cu gününü başa vurublar. Komanda günü iki məşqlə tamamlayıb.

 

Futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər. Axşam məşqində “qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun yetirmələrinin məşq prosesi ikitərəfli oyunla yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti