"Səbail" "Xəzər"ə 3 qolla qalib gəldi

14:31 15 Yanvar 2018

Bu gün "Səbail" birinci divizion təmsilçisi "Xəzər"lə yoldaşlıq oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə Premyer Liqa klubunun xeyrinə başa çatıb. "Səbail"dən qolları Kərim Diniyev, Elman Taqayev və Vüqar Nadirov vurublar. 

 

Xatırladaq ki, Premyer Liqanın debütantı növbəti yoxlama oyununu yanvarın 18-də, saat 17:30-da Kapital Bank Arenada "Sumqayıt"a qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti