"Qarabağ"ın "Kuban"la oyunun vaxtı açıqlandı

15:14 15 Yanvar 2018

“Qarabağ" Antalyada qış təlim-məşq toplanışında ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, yanvarın 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

"Qarabağ" yanvarın 20-də Polşanın "Lexiya", yanvarın 25-də öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klublarıyla üz-üzə gələcək. "Köhlən atlar"ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə rəqib fevralın 3-də Monteneqronun "Mladost" komandası olacaq.


Digər xəbərlər

Xəbər xətti