“Barselona”dan ayrılaraq Türkiyənin “Başakşəhər” klubuna keçən Arda Turan mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu ona ünvanlanmış “Türkiyəyə dönsəm. sadəcə “Qalatasaray”a gələrəm” demişdin sualına belə şərh verib:
“Bəli, onu demişdim. Amma “Qalatasaray” mənə qucaq açmadı, istəmədilər. İndi deyirəm ki, “Qalatasaray” məni istəsə, dönərəm. Bu fikrim heç zaman dəyişməyəcək”.
Qeyd edək ki, Arda Turan artıq “Başakşəhər”lə rəsmi müqavilə imzalayıb.