Hakim əvvəlcə futbolçunu vurdu, sonra qovdu

15:57 15 Yanvar 2018

Fransa çempionatının 20-ci turunda keçirilən “Nant” - PSJ oyununda qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qalmaqalın mərkəzində isə qarşılaşmanın baş hakimi Toni Şapron olub. PSJ hücum edərkən, meydan sahiblərinin forvardı Dieqo Karlos müdafiəçilərə kömək etmək üçün öz cərimə meydançalarına tərəf qaçıb.

 

Baş hakim də eyni istiqamətdə qaçarkən, hücumçu təsadüfən ona toxunub. Yerə yıxılan hakim ayağı ilə Karlosa zərbə endirib.

 

Daha sonra isə ona qırmızı vərəqə göstərərək meydandan qovub. Üsətlik, “Nanat”ın qapısına tərəf sərbəst zərbə də təyin edib.

 


Digər xəbərlər

Xəbər xətti