Aqolli “Qarabağ”dan ayrı çalışdı

16:35 15 Yanvar 2018

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar” bir günlük istirahətin ardından bu gündən etibarən məşqləri bərpa edib. Komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb.

 

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib.

 

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.


Digər xəbərlər

Xəbər xətti