İtaliya A seriyası təmsilçisi “Napoli” “Mançester Siti”nin futbolçusu Leroy Sanenin xidmətində maraqlıdı.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. Xəbərdə Neapol təmsilçisinin baş məşqçisi Mauritsio Sarrinin Almaniya millisinin də üzvü olan futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib.
Aleksis Sançesi heyətinə cəlb etməyi planlaşdıran “şəhərlilər”, çilili futbolçunun keçidi rəsmiləşdikdən sonra Sane ilə yollarını ayıra bilər. “Napoli” 22 yaşlı futbolçunu 70 milyon avro qarşılığında heyətinə cəlb etməyi planlaşdırır.
Sane cari mövsümdə şans qazandığı 30 matçda 10 qola imza atıb.