Futbolçunu vuran hakimə sərt cəza

18:14 15 Yanvar 2018

Fransa Futbol Federasiyası ölkə çempionatının 20-ci turunun "Nant" - PSJ oyununun (0:1) baş hakimi Toni Şaprona ağır cəza verib.

Sportarena.az xəbər verir ki, oyunun sonlarında qonaq komandanın üzvü Dieqo Karlosu vuran, daha sonra isə ikinci sarı vərəqə ilə meydandan qovan referi qeyri-müəyyən tarixə qədər futboldan kənarlaşdırılıb. 

Qeyd edək ki, görüşün 90-cı dəqiqəsində Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim futbolçuya  ikinci sarı vərəqə göstərərək meydandan qovub.


Digər xəbərlər

Xəbər xətti