"Neftçi"nin ruslarla oyunun vaxtı məlum oldu

21:59 15 Yanvar 2018

“Neftçi”nin Antalya toplanışında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüş yanvarın 22-də, Bakı vaxtı ilə 17:00-da (yerli vaxtla 16:00) start götürəcək.

 

Qeyd edək ki, “Neftçi” Türkiyədə bundan başqa daha 3 oyun keçirəcək. “Ağ-qaralar” yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək

 


Digər xəbərlər

Xəbər xətti