Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın yeni klubu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, o, gözlənildiyi kimi, “Gənclərbirliyi”nə transfer olunub. Bu gün “Bursaspor”la yollarını rəsmən ayıran hücumçu eyni gündə yeni klubu ilə müqavilə imzalayıb. Bu barədə “Gənclərbirliyi”nin rəsmi saytı məlumat yayıb. Məlumatda millimizin forvardı ilə 1,5 illik müqavilə imzalandığı qeyd olunub.
"Bavariya”nın yetirməsi olan Dəniz Türkiyədə daha öncə “Elazığspor”da forma geyinib. Daha sonra “Trabzonspor”da oynayan Yılmaz 2016-cı ildən “Bursaspor”un şərəfini qoruyurdu. Lakin o, Bursa təmsilçisində daha çox qalmaqalları ilə gündəmə gəldiyindən, tərəflər yollarını ayırmağa qərar verdilər.
Qeyd edək ki, Dəniz 2016-cı ildən dəvət aldığı Azərbaycan yığmasında 2 oyun keçirib.