"Sumqayıt" lideri məğlub etdi

11:35 16 Yanvar 2018

Çempionatın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, Samir Abasovun yetirmələri Sumqayıtda birinci divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Qarşılaşmada "kimyaçılar" 3:0 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.

 

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti