Portuqaliya Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Eştoril” - “Portu” oyunu yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, buna səbəb, matçın keçirildiyi arenada qonaq azarkeşlərin oturduğu tribunada qəzalı vəziyyətin yaranması olub. Belə ki, qarşılaşmanın fasiləsində yeni inşa edilmiş tribunada çatın olduğu aşkarlanıb. Problemlə bağlı dərhal səlahiyyətli şəxslər məlumatlandırılıb. Əvvəlcə “Portu” azarkeşləri meydançaya çıxarılıb, uzun fasilədən sonra isə matç təxirə salınıb.
Qarşılaşma dayandırılan zaman “Eştoril” hesabda 1:0 öndəydi.