PSJ daha bir səs-küylü transfer etməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, Paris klubu bu dəfə də “Barselona”nın heyətinə göz dikib. PSJ rəhbərliyi “Barsa”nın yarımmüdafiəçisi Serxio Busketsi almaq istəyir. Parislilər Busketsə görə 200 milyon avro ödəməyə hazırdılar.
PSJ Busketsi transfer edə bilməyəcəyi təqdirdə, ehtiyat variant da fikirləşib. Ehtiyat variant kimi isə “Çelsi”nin yarımmüdafiəçisi Nqola Kante nəzərdə tutulub.
Buskets cari mövsümdə keçirdiyi 27 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.