Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində ilk oyununu keçirib.
Sportarena.az xəbər verir ki, yığmamız “Alanyaspor”un U-21 komandası ilə qarşılaşıb. Bu, keçən ilin dekabrında U-21 yığmamızın “sükanı arxasına” keçən Sadıqovun millidə ilk sınağı olub. Millimizin sabiq kapitanın gənclər yığmamızda baş məşqçi kimi debütü uğurlu alınıb. Qarşılaşma seçmə komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda millimizin qollarına matçın 43-cü dəqiqəsində Nicat Süleymanov, 44-cü dəqiqədə Elnur Cəfərov və 70-ci dəqiqədə Ülvi İsgəndərov imza atıblar.
U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Yoxlama oyunu
16 yanvar
17:00 Azərbaycan U-21 - Alanyaspor U-21 3:1
Qollar: Nicat Süleymanov, 43. Elnur Cəfərov, 44, Ülvi İsgəndərov, 70.