"Neftçi" futbolçusu Tərzin Cahangirovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb.
Tərzin 2016-cı ildən "Neftçi"nin şərəfini qoruyurdu. 25 yaşlı futbolçu cari mövsümdə cəmi 4 oyunda şans qazanıb.