Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrənin Lozanna şəhərinə səfər edəcək.
Sportarena.az xəbər verir ki, yanvarın 24-də reallaşacaq səfərdə məqsəd Millətlər Liqasının püşkatmasından iştirak etməkdir. Bu barədə "Futbol+”ə AFFA-dan bildirilib. Səfər zamanı Qurban Qurbanovu AFFA-nın baş katibi Elxan Məmmədov müşayət edəcək.
Millimiz püşkatma zamanı Makedoniya, Gürcüstan və Belarusla birlikdə D liqasının 1-ci səbətində yer alacaq.