Antalyada təlim məşq toplanışında olan U-21 millimizin heyətinə yeni futbolçular qoşulub.
Sportarena.az xəbər verir ki, Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyev gənclər millimizin hazırlıq prosesində iştirak edəcək.
U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.